...

Rəsmi Bakı Misir təhlükəsizlik qüvvələrinə qarşı törədilmiş terror aktlarını pisləyib

Siyasət Materials 26 Oktyabr 2014 16:34 (UTC +04:00)
“Misir Ərəb Respublikasının Sinay yarımadasında bu ölkənin təhlükəsizlik qüvvələrinə qarşı törədilmiş terror aktlarını qəti şəkildə pisləyir, bu terror aktları nəticəsində həlak olanların ailələrinə və bütün Misir xalqına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümud edirik”.
Rəsmi Bakı Misir təhlükəsizlik qüvvələrinə qarşı törədilmiş terror aktlarını pisləyib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Səba Ağayeva/

"Misir Ərəb Respublikasının Sinay yarımadasında bu ölkənin təhlükəsizlik qüvvələrinə qarşı törədilmiş terror aktlarını qəti şəkildə pisləyir, bu terror aktları nəticəsində həlak olanların ailələrinə və bütün Misir xalqına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümud edirik". Bunu Trend-ə "Misirdə baş vermiş terror hadisəsini necə şərh edərdiniz" sualını cavablandırarkən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Xatırladaq ki, oktyabrın 24-də silahlılar tərəfindən Misir əsgərlərinə qarşı terror aktları törədilib. Terror hücumları Sinayın şimalında, Şeyx Züveydə və əl-Arişe hərbi blokpostlarında baş verib. Hücum nəticəsində 33 hərbi qulluqçu həlak olub, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti