...

İlham Əliyev Çexiya Prezidentini təbrik etdi

Siyasət Materials 27 Oktyabr 2014 18:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı təbrik edib.
İlham Əliyev Çexiya Prezidentini təbrik etdi

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı təbrik edib.

Təbrikdə deyilir: "Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti