...

Müdafiənin ön xətti boyunca hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılması davam etdirilir (FOTO)

Siyasət Materials 28 Oktyabr 2014 20:02 (UTC +04:00)
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır
Müdafiənin ön xətti boyunca hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılması davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 28-də nazirliyin rəhbərliyi gün ərzində birlik və birləşmələrin zabit heyəti ilə görüşərək vəziyyətlə yerində tanış olub, qərargahlar tərəfindən tapşırıqların icrasını yoxlayıb, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Nazirliyin rəhbərliyi aparılan irimiqyaslı yeni tikinti və əsaslı təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə əsasən, bölgədə yerləşən hərbi hissələr üçün müasir standartlara cavab verən qərargah binaları, idarəetmə infrastrukturları, hərbi texnikalar üçün isidilən saxlanclar, o cümlədən şəxsi heyətin təhlükəsiz və rahat şəraitdə xidmətinin təşkili məqsədilə əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri, çörəkbişirmə sexi, mağazalar, idman şəhərcikləri və digər məişət obyektlərinin inşasına keyfiyyət baxımından xüsusi diqqət yetirilməsinə dair göstəriş verib. Bildirilib ki, əsgər kazarmaları otaq tipli olmaq şərtilə istirahət və psixoloji-ideoloji otaqlardan, həmçinin sanitar qovşaq, hamam-camaşırxana, qazanxanalardan ibarət olacaq.

Eyni zamanda, hərbi qulluqçuların və onların ailə üzvlərinin rahatlığının təmin olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dünya ordularının qabaqcıl təcrübəsinə əsaslanaraq tikilən hərbi şəhərciklərdə ailəvi və subay heyət üçün yaşayış binalarının, uşaq bağçalarının, məktəblərin, idman komplekslərinin və ailəvi istirahət mərkəzlərinin inşası da mühüm vəzifə kimi qarşıya qoyulub.

Görülən işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti