...

Azərbaycanda 40 minə yaxın şəxs bələdiyyə seçkilərini müşahidə etmək istəyir

Siyasət Materials 13 Dekabr 2014 17:18 (UTC +04:00)
Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 263 nəfərin müraciəti qeydə alınıb.
Azərbaycanda 40 minə yaxın şəxs bələdiyyə seçkilərini müşahidə etmək istəyir

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 263 nəfərin müraciəti qeydə alınıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri bildirib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanılıb: "Sabahdan etibarən isə ucqar rayonlarda yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanacaq. Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti