...

Azərbaycanlı deputat Con Kerrinin "xidmət"lərini sadaladı

Siyasət Materials 1 May 2015 16:50 (UTC +04:00)
Ondan və ofisindən bundan başqa daha nə gözləyə bilərdik ki?
Azərbaycanlı deputat Con Kerrinin "xidmət"lərini sadaladı

Azərbaycan, Bakı, 1 may /Trend/

"Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyasının ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunması barədə mətbuatda məlumat yayılıb. Ondan və ofisindən bundan başqa daha nə gözləyə bilərdik ki? Bu adam hər zaman ədalətin deyil, ədalətsizliyin, erməni yalanlarının və Ermənistanın işğalçılığının yanında olmuş bir şəxsdir". Bunu Trend-ə açıqlamasında deputat Qənirə Paşayeva deyib.

Q.Paşayeva xatırladıb ki, Con Kerri "Azadlığa dəstək aktı"na 1992-ci ildə edilən 907-ci düzəlişin müəllifidir: "O şəxsin sayəsində Azərbaycana edilən yardımlar uzun müddət saxlanıldı və Ermənistanla yanaşı, işğal olunan Qarabağdakı separatçılara yardımlar edildi. Hazırda dondurulmuş olsa da, 907-ci düzəliş istənilən zaman təzyiq kimi əllərində bir vasitədir. Bundan başqa, Con Kerri Senatda erməni dəstək qrupunun üzvüdür, xarici əlaqələr komitəsinin sədri kimi dəfələrlə ermənilərin maraqlarına cavab verən mövqe nümayiş etdirib. Ramil Səfərov azad ediləndə dərhal bəyanat vermiş və Azərbaycan dövlətini ittiham etmişdi. O, Senatda Ermənistan üçün daimi ticarət tərəfdaşı statusunu nəzərdə tutan 1557 saylı layihənin müəllifidir".

Deputatın sözlərinə görə, C.Kerri 2004-cü ildə uydurma "erməni soyqrımı"nın bütün dünyada tanınması üçün dövlət başçılarına müraciət edib: "Con Kerri dövlət katibi təyin olunarkən bəzi ölkələrin mediası "ermənipərəst dövlət katibi" manşeti ilə çıxdı. O, ilk dəfə "Dağlıq Qarabağ respublikası" sözünü işlədən yeganə yüksək rütbəli dövlət adamıdır. Bu adamdan və onun ofisindən ümumiyyətlə ədalət gözləmək mümkün deyil. Sona qədər erməni diasporu, lobbisinin yanında olacaq və o, tək deyil. Azərbaycan əleyhinə çalışan belələrini yaxşı tanıyırıq. Bizim üçün ən əsası, onlara dəstək verən sapı özümüzdən olan baltaların olmamasıdır. Belələri anlamalıdırlar ki, bu kimi adamların tək dərdi Azərbaycan əleyhinə fəaliyyətdir və sapı özümüzdən olan bəzi baltalar isə sadəcə onlara istifadə etmək üçün lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti