...

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub

Siyasət Materials 1 May 2015 22:00 (UTC +04:00)
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdulla Gül mayın 1-də Heydər Əliyev Mərkəzini ziyarət edib.
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub

Azərbaycan, Bakı, 1 may /Trend/

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdulla Gül mayın 1-də Heydər Əliyev Mərkəzini ziyarət edib.

Qonaq əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə tarixində xidmətlərini, həyata keçirdiyi beynəlxalq miqyaslı layihələri özündə əks etdirən foto və videomateriallara, eksponatlara baxıb.

Abdulla Gül, həmçinin ölkənin tarixini və mədəni irsini əks etdirən "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan" sərgiləri, eləcə də Mərkəzin qeyri-adi gözəlliyə və akustikaya malik Auditorium zalında da olub.

Abdulla Gül Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adına layiq Mərkəzi ziyarət etməkdən məmnunluq duyuram. Mərkəzdə yer alan sərgilərdə Azərbaycan mədəniyyətinin, tarixinin və xüsusilə də Heydər Əliyevin Azərbaycana göstərdiyi çox dəyərli xidmətlərin ən gözəl şəkildə əks etdirildiyini məmnuniyyətlə müşahidə etdim. Bu sərgilərdə eyni zamanda, ortaq mədəniyyətimizə və tariximizə, qardaşlıq bağlarımıza aid izlər də tapdım", - deyə Abdulla Gül qeyd edib.

Xəbər lenti

Xəbər lenti