...

Sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib

Siyasət Materials 1 May 2015 23:59 (UTC +04:00)
Sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.
Sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib

Azərbaycan, Bakı, 1 may /Trend/

Sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.

Trend-in məlumatına görə, V. Quluzadənin səhhəti qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Allah rəhmət etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti