...

Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Siyasət Materials 2 May 2015 17:03 (UTC +04:00)
Azərbaycanın Müdafiə naziri "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.
Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Müdafiə naziri "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbul şəhərində keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcəkdir.

Nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti