...

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərləri birgə layihələrin icrasını müzakirə edəcəklər

Siyasət Materials 4 May 2015 12:22 (UTC +04:00)
Bu gün Türkiyə paytaxtında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərləri birgə layihələrin icrasını müzakirə edəcəklər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Bu gün Türkiyə paytaxtında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.

Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti