...

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 5 May 2015 11:26 (UTC +04:00)
Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclası öz işinə başlayıb.
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, iclasda çıxış edən Komissiyanın sədri Mixail Yemelyanov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.

İclasın gündəliyi barədə məlumat verən M.Yemelyanov deyib ki, 45-ci iclasda komissiyanın yeni sədrinin seçilməsi barədə məsələyə də baxılacaq.

Azərbaycan Milli Məclisi adından çıxış edən vitse-spiker Valeh Ələsgərov deyib ki, Ermənistan istisna olmaqla Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan bütün ölkələrlə Azərbaycanın yüksək səviyyədə əlaqələri və əməkdaşlığı mövcuddur.

Regionda həyata keçirilən layihələrin Azərbaycan, Gürcüstan və Tükiyənin birgə əmədaşlığının nəticəsi olduğunu deyən V.Ələsgərov qeyd edib ki, Azərbaycan hər bir ölkə ilə bərabərhüquqlu və səmərəli əməkdaşlığı vacib sayır: "Biz hazırda Azərbaycan qazını, gələcəkdə isə ümumiyyətlə, Xəzər hövzəsində hasil olunan təbii qazı Bakıdan İtaliyaya çatdıracaq böyük bir layihənin icrasına başlamışıq. Bu layihə 10 milyardlarla dollar sərmayə tələb edir. Bizim öncəki uğurlu əməkdaşlıqlarımız bu layihənin də uğurla başa çatacağına əminlik yaradır".

2015-ci ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyini xatırladan V. Ələsgərov deyib ki, dəmiryolu xəttinin istifadəyə verilməsi ilə Pekindən Londona qədər yüklərin daşınması mümkün olacaq: "Bu layihələrin həyata keçiriliməsi istiqamətində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın da rolu var. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında maraqlıyıq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası ilə müqayisədə yetərincə fəal deyil. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının statusu, imkanları daha da genişləndirilərsə, bu üzv ölkələr arasında əməkdaşlığa daha da təkan verər".

Komissiyanın iclası mətbuat üçün qapalı davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti