...

Aİ Riqa sammitində birgə bəyannamə imzalamağa ümid edir

Siyasət Materials 6 May 2015 12:41 (UTC +04:00)
Aİ Riqadakı sammitdə birgə bəyannamə imzalamağa ümid edir və əlbəttə, Azərbaycan da digər “Şərq tərəfdaşlığı” ölkələri kimi bu bəyannamənin hissəsi olacaq
Aİ Riqa sammitində birgə bəyannamə imzalamağa ümid edir

Azərbaycan, Bakı, 6 may /Trend/

Aİ Riqadakı sammitdə birgə bəyannamə imzalamağa ümid edir və əlbəttə, Azərbaycan da digər "Şərq tərəfdaşlığı" ölkələri kimi bu bəyannamənin hissəsi olacaq. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu gün keçirilən mətbuat konfransında bildirib.

M.Mard deyib: "Biz həmçinin ümid edirik ki, bəyannamə bütün ölkələrin hökumətləri tərəfindən imzalanacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün də vacib ola biləcək və "Şərq tərəfdaşlığı" siyasətinin sonrakı yolunu təyin etməyə kömək edən bəyannamədən çox şey gözləyirik".

"Şərq tərəfdaşlığı" proqramı və Rusiya ilə qarşılıqlı əlaqələr haqqında isə Mard bildirib ki, bu proqram Rusiyaya qarşı yönəlməyib və heç vaxt da belə olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti