...

Vladimir Putin: Müharibə illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya-Azərbaycan münasibətlərini gücləndirmək üçün bundan sonra da etibarlı zəmin olacaq

Siyasət Materials 7 May 2015 17:56 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Vladimir Putin: Müharibə illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya-Azərbaycan münasibətlərini gücləndirmək üçün bundan sonra da etibarlı zəmin olacaq

Azərbaycan, Bakı, 7 may /Trend/

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu!

Sizi və Azərbaycanın bütün vətəndaşlarını Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, Böyük Vətən müharibəsi illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin rifahı, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə gücləndirilməsi üçün bundan sonra da etibarlı zəmin olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizdən Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarına minnətdarlıq dolu ən səmimi sözlərimi, möhkəm cansağlığı və uzun ömür arzularımı çatdırmağı xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti