...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilmişdir (FOTO)

Siyasət Materials 10 May 2015 07:00 (UTC +04:00)
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilmişdir (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları qarşısında çıxış etmiş səfir Elin Süleymanov xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olduğunu bildirmiş və bu mənada onun Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açmışdır. O, Azərbaycan xalqının hər zaman Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini demiş və onun əziz xatirəsinin Azərbaycanda və eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını ifadə etmşdir. Səfir Süleymanov ümummilli liderin aramızda olmadığı illər ərzində onun ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın hərtərəfli tərəqqiyə şahid olduğu və Azərbaycanın beynəlxalq ictimaiyyətin nüfuzlu və güclü bir üzvü olaraq, mövqelərini möhkəmləndirdiyini qeyd etmişdir. O, ABŞ-ın Azərbaycandakı Səfirliyində çalışdığı illərdə bu dahi şəxsiyyətlə təmasda olduğu anları və onunla bağlı xatirələrini bölüşmüşdür.

Daha sonra ABŞ-da yaşayan Azərbaycan icmasının üzvü Həbib Azərsina da ümummilli lider Heydər Əliyev barədə dəyərli xatirələri haqqında danışmışdır. O, 1990-cu illərinin əvvəllərində Heydər Əliyevin bir sıra ABŞ dövlət rəsmiləri, o cümlədən sabiq Prezidentlər Bil Klinton və Con Buş ilə görüş və müzakirələrini tərcümə etdiyini xatırlamışdır. H.Azərsina həmin görüşlər zamanı Heydər Əliyevin Azərbaycanı ən yüksək səviyyədə təmsil etdiyini söyləmiş və ali post sahibləri olan həmsöhbətləri ilə müzakirələri bərabərhüquqlu tərəfdaş kimi apardığını vurğulamışdır. O, Azərbaycanın taleyüklü əhəmiyyət daşıyan "Əsrin Müqaviləsi", "Bakı-Tbilisi-Ceyhan" kəməri və digər mühüm layihələrin birmənalı şəkildə Heydər Əliyevin nümayiş etdirdiyi möhkəm iradə və uzaqgörən siyasət nəticəsində mümkün olduğunu göstərmişdir. H.Azərsina eləcə də müasir Azərbaycanın müstəqil bir dövlət kimi inkişaf edib, çiçəklənməsinin arxasında Heydər Əliyev dühasının dayandığını ifadə etmişdir.

Tədbir çərçivəsində həmçinin ümummilli lider Heydər Əliyevin ABŞ-a etdiyi müxtəlif səfərlərdən çəkilmiş fotoşəkillərin sərgisi təşkil edilmiş və onun keçdiyi həyat yoluna dair film nümayiş olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti