...

Azərbaycanın uğurları Efiopiyanın aparıcı mətbuat orqanında işıqlandırılıb

Siyasət Materials 12 May 2015 11:02 (UTC +04:00)
Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi Elman Abdullayev Efiopiyanın aparıcı mətbuat orqanı “The Ethiopian Herald” qəzetinə Azərbaycanın uğurları, regionda aparıcı rolu və ölkəmizdə tolerantlıq ənənələri mövzuları ilə bağlı müsahibə verib.
Azərbaycanın uğurları Efiopiyanın aparıcı mətbuat orqanında işıqlandırılıb

Azərbaycan, Bakı, 12 may /Trend /

Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi Elman Abdullayev Efiopiyanın aparıcı mətbuat orqanı "The Ethiopian Herald" qəzetinə Azərbaycanın uğurları, regionda aparıcı rolu və ölkəmizdə tolerantlıq ənənələri mövzuları ilə bağlı müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir E.Abdullayev müsahibədə Azərbaycanda əsrlərdən bəri tolerantlıq ənənələrinin inkişaf etdiyini qeyd edərək, dünyada multikulturalizmi təbliğ edən ölkələrdən biri olduğunu vurğulayıb.

O, Azərbaycanın tarix boyu ərazisində müxtəlif xalqlara və müxtəlif dini etiqadlara mənsub olan insanların birlikdə sülh şəraitində yaşadığını bildirib. Diplomat eyni zamanda, beynəlxalq ictimaiyyətdə tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etdiyini və mötəbər tədbirlərə ev sahibliyi etdiyini oxucuların diqətinə çatdırıb.

Səfir E.Abdullayev bu il mayın 18-19-da Bakıda III dünya "Mədəniyyətlərarası Dialoq" forumunun keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Beynəlxalq tədbirlərə gəldikdə diplomat cari ilin iyun ayında keçiriləcək Baku 2015 İlk Avropa Oyunları barədə də məlumat verib.

Müsahibədə müstəqil Azərbaycanın qısa bir zamanda sürətli inkişafını qeyd edən səfir xalqımızın Ümummilli lideri və xilaskarı Heydər Əliyevin Azərbaycanda sabitliyin və inkişafın təmin edilməsində tarixi və misilsiz rolu barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan xalqının çətin imtahanlardan uğurla çıxdığını və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımladığı qeyd edilib.

Müsahibədə həmçinin Azərbaycan-Efiopiya münasibətləri, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti