• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Prezident İlham Əliyev: Azərbaycanda xarici investisiyaların qorunması işində ən qabaqcıl təcrübə tətbiq edilir

14 May 2015 21:11 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 14 may /Trend/

"Vyetnam-Azərbaycan biznes forumunun keçirilməsi çox gözəl hadisədir. Bu, ikitərəfli əlaqələrimizin inkişafı üçün çox önəmli bir tədbirdir. Bildiyiniz kimi, Vyetnam Prezidentinin Azərbaycana rəsmi səfəri uğurla davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin demək olar ki, bütün sahələrini müzakirə etdik, görülən işlər haqqında fikir mübadiləsi apardıq və gələcək birgə planlarımız barədə də danışdıq". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumunda çıxışı deyib.

Prezident deyib ki, Azərbaycan və Vyetnam siyasi əlaqələri iqtisadi sahədə əlaqələrin inkişafı üçün əsas şərtdir: "Vyetnam-Azərbaycan əlaqələri dostluq, tərəfdaşlıq əlaqələridir. Mən keçən il Vyetnama dövlət səfərimi məmnunluqla xatırlayıram. Bu səfər zamanı bizim əməkdaşlığımızın əsasları qoyulmuşdur. Çünki bu, yüksək səviyyəli birinci təmas idi. O səfərin çox müsbət nəticələri olmuşdur. Düz bir ildən sonra Vyetnam Prezidenti bizim qonağımızdır. Bu, əslində onu göstərir ki, aramızda olan əlaqələr çox intensiv xarakter daşıyır.

Çox istərdik ki, siyasi sahədə müşahidə olunan mənzərə iqtisadi sahədə də görünsün. Buna nail olmaq üçün əlbəttə, həm hökumət üzvləri, həm də biznes strukturları öz səylərini göstərməlidirlər. Ötən il Vyetnamda olarkən orada da biznes forum keçirilmişdir. Bakıda da keçirilir. Bu, onu göstərir ki, birgə işləmək üçün kifayət qədər böyük maraq var".

Dövlət başçısı bildirib ki, Vyetnam iqtisadiyyatı son illərdə çox yüksək templərlə inkişaf edir: "Biz bunu bilirik və bu münasibətlə, cənab Prezident, Sizi təbrik edirik. Bu, artıq dünya miqyasında yüksək qiymətə malik olan vəziyyətdir və düşünülmüş siyasətin təzahürüdür.

Eyni zamanda, Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr vaxtında və uğurla icra edilir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Müstəqillik dövründə ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub. Təkcə keçən il 27 milyard dollar investisiya yatırılıb. Bu, onu göstərir ki, həm xarici, həm də yerli investorlar ölkəmizə, onun gələcəyinə inanırlar.

Bizim çox gözəl investisiya mühitimiz var. Xarici və yerli sərmayələr dövlət tərəfindən qorunur. Əgər belə olmasaydı, Azərbaycana bu qədər sərmayə yatırılmazdı. Biz sərmayə qoyuluşunda da dinamikanı görürük. Son vaxtlar daha çox yerli sərmayə qoyulur. Qoyulan ümumi vəsaitin təxminən 70 faizi daxili vəsaitdir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yüksək templərini saxlayır".

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda xarici investisiyaların qorunması işində ən qabaqcıl təcrübə tətbiq edilir: "Bir sözlə, vyetnamlı investorlar üçün Azərbaycanda işləmək, investisiya qoymaq, hesab edirəm ki, çox əlverişli ola bilər.

Bununla bərabər, bu gün biz cənab Prezidentlə onu da müzakirə etdik ki, Vyetnam şirkətlərinin Azərbaycanda daha da geniş şəkildə təmsil olunması məsələləri də öz həllini tapmalıdır. Deyə bilmərəm ki, bu sahədə bizim böyük uğurlarımız var. Ancaq ümid edirəm ki, biz bu səfərdən sonra burada da gözəl nəticələri görəcəyik.

Bizim xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşırlar. Azərbaycan mütəxəssisləri 1970-1980-ci illərdə Vyetnamın neft-qaz sektorunda çalışmışlar. Vyetnamlı tələbələr sovet dövründə Azərbaycanda təhsil almışlar. Mən Vyetnamda olarkən onlarla görüşmüşəm. Bu gün də 30-a yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alır və biz cənab Prezidentlə belə fikrə gəldik ki, onların sayını artırmalıyıq".

Prezident qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır: "Əlbəttə ki, neft-qaz sektoru bizim iqtisadi inkişafımız üçün birinci mərhələdə həlledici rol oynamışdır. Ancaq hazırda ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu da onu göstərir ki, iqtisadi şaxələndirmə artıq Azərbaycanda reallıqdır.

Bununla bərabər, əlbəttə, neft sektoru daim diqqət mərkəzindədir. Bu gün SOCAR ilə "Petrovietnam" arasında imzalanan sənəd bu sahədə gələcək əməkdaşlığı təmin edəcək. Biz istəyirik ki, "Petrovietnam" Azərbaycanın zəngin neft-qaz yataqlarının işlənməsində iştirak etsin. Düşünürəm ki, şirkətlər arasındakı əlaqələr bunu təmin edəcək. Eyni zamanda, SOCAR da indi xarici bazarlara çıxır, xaricdə öz fəaliyyətini genişləndirmək istəyir. Beləliklə, burada qarşılıqlı maraqlar əsasında çox səmərəli və faydalı əməkdaşlıq yarana bilər".

Dövlət başçısı hesab edir ki, xalqlarımızın bir-birinə belə bağlı olmalarını nəzərə alaraq, biz gərək insanlararası əlaqələri sürətləndirək: "Burada turizm sektoru əlbəttə ki, ən birinci vasitədir. Bu sahədə əməkdaşlığın konkret formatları təşkil edilə bilər. Biz turizm imkanlarımızı təqdim etməliyik ki, insanlar bizim nə kimi imkanlarımızın olduğunu daha da yaxından bilsinlər.

Ticarət dövriyyəsinin artırılması üçün, hesab edirəm ki, yaxşı imkan var. Ticarət dövriyyəmiz kifayət qədər yüksəkdir. Biz bir-birimizdən uzaqda yerləşən ölkələrik və məsafə kifayət qədər böyükdür. Bunu nəzərə alsaq, görərik ki, ticarət dövriyyəsi yaxşı səviyyədədir. Əlbəttə, bu dövriyyəni artırmaq da mümkündür.

Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün yaxşı şərait var. Son vaxtlar Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi tədbirlər görülür. Bu gün bu sahədə müqavilə də imzalanmışdır. Hazırda Azərbaycanda iri sənaye zonalarının yaradılması prosesi gedir. Biz istərdik ki, Vyetnam şirkətləri bu işlərdə iştirak etsinlər.

Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olmasından faydalanaraq biz mütləq iqtisadi sahədə də ən yüksək nəticələrə çatmalıyıq. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəfin çox ciddi siyasi iradəsi var. Biznes forumların keçirilməsi, hesab edirəm ki, burada əsas vasitə olacaqdır. Çünki siyasi iradə var, hökumətlərarası əlaqələr də kifayət qədər möhkəmdir. Bu gün Vyetnam Prezidentini müşayiət edən nümayəndə heyətində yüksək vəzifəli şəxslər təmsil olunur. Burada qurumlararası, nazirliklərarası əlaqələr mühüm rol oynayacaq.

Əlbəttə ki, bu gün bizim vyetnamlı qonaqlarımız Azərbaycan ilə əyani şəkildə tanış olurlar, ölkəmizin imkanlarını görürlər. Doğrudan da, müstəqillik dövründə Azərbaycan böyük və şərəfli yol keçmişdir. Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Mən öz həmkarımı bu barədə də məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaqdır".

İlham Əliyev bildirib ki, müstəqillik dövründə Azərbayacn ancaq öz gücünə güvənib və ona görə Azərbaycanın xarici borcu da çox aşağı səviyyədədir: "Bu, dünya miqyasında bəlkə ən aşağı səviyyələrdən biridir. Xarici borc ümumi daxili məhsulumuzun təqribən 10 faizini təşkil edir. Yəni, bu, onu göstərir ki, biz çoxlu borclar almamışıq, öz gücümüzə güvənmişik və buna görə də bu gün iqtisadi müstəqilliyə tam şəkildə nail olmuşuq. Xarici maliyyə qurumlarından asılı deyilik, baxmayaraq ki, biz xarici maliyyə qurumları ilə də fəal işləyirik.

Bu ayın əvvəlində Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısı keçirilmişdir. Üç mindən çox qonaq gəlmişdi. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi Asiya iqtisadi qurumlarının, hökumətlərinin Azərbaycana olan münasibətini, inamını əks etdirir. Eyni zamanda, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əlaqələr qurmuşdur. Yəni, beynəlxalq maliyyə qurumları da Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir. Biz onların imkanlarından faydalanırıq, amma daha çox öz daxili resurslarımıza arxalanırıq. Bu, ən düzgün seçimdir. Bu seçim bizə imkan verib ki, biz bu gün iqtisadi inkişafımızı çoxşaxəli formatda təşkil edirik.

Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var. Biz ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. İqtisadi inkişafımız dayanıqlı, çoxşaxəli olacaq və beləliklə, insanların rifah halı yaxşılaşacaqdır.

Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır".

Qeyd edək ki, biznes forumda Azərbaycandan və Vyetnamdan rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Vyetnam
  • İlham Əliyev
  • Azərbaycan
Azernews Newspaper
Digər xəbərlər
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Siyasət 23 Aprel 19:19
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib
Siyasət 23 Aprel 19:19
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi təyin olunub
Siyasət 23 Aprel 19:16
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Siyasət 23 Aprel 19:12
Prezident İlham Əliyev Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad etdi
Siyasət 23 Aprel 19:10
Prezident İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Siyasət 23 Aprel 15:23
Pakistan Prezidenti: Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilmək İlham Əliyevə Azərbaycanın inkişafı naminə verilmiş mandatdır
Siyasət 23 Aprel 13:44
Netanyahu: İsrail Azərbaycanla sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək niyyətindədir
Siyasət 23 Aprel 12:10
Müdafiə Nazirliyi: Ermənistanın kriminal hərbi-siyasi rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
Gündəm 22 Aprel 11:17
Sutka ərzində atəşkəs 97 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 22 Aprel 09:23
Azərbaycan neftinin QİYMƏTİ bahalaşmaqda davam edir
Energetika 20 Aprel 23:10
Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin reytinqində ilk onluğa daxil olub
Biznes və iqtisadiyyat xəbərləri 20 Aprel 08:11
Nikolas Maduro: Venesuela Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkilini alqışlayır
Siyasət 18 Aprel 17:08
Prezident İlham Əliyev Türkiyənin gənclik və idman nazirini qəbul edib (FOTO)
Siyasət 18 Aprel 16:49
Prezident İlham Əliyev: Biz maliyyə resurslarını öz əlimizlə yaratmışıq və indi öz hesabımıza yaşayırıq
Siyasət 18 Aprel 15:55
Azərbaycan Prezidenti: Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik
Siyasət 18 Aprel 15:34
Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə islahatlarımızın müsbət təsirini görəcəklər
Siyasət 18 Aprel 15:29
İlham Əliyev: Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq və ən böyük səmərə verən sistem xarakterli tədbirlər görüləcək
Siyasət 18 Aprel 15:26
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter