...

Əli Həsənov iş adamlarının tutulması məsələsini şərh etdi

Siyasət Materials 15 May 2015 12:55 (UTC +04:00)
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iş adamlarının tutulması məsələsinə aydınlıq gətirib.
Əli Həsənov iş adamlarının tutulması məsələsini şərh etdi

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iş adamlarının tutulması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Ə.Həsənov bildirib ki, iş adamları müəyyən əməllər üzrə ittiham olunur: "Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox".

Ə. Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti