...

Prezident İlham Əliyev və xanımı UNESCO-nun çap etdirdiyi “Fərqliliklə razılaşaq” kitabının təqdimatında iştirak ediblər (FOTO)

Siyasət Materials 18 May 2015 12:08 (UTC +04:00)
Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı oldu.
Prezident İlham Əliyev və xanımı UNESCO-nun çap etdirdiyi “Fərqliliklə razılaşaq” kitabının təqdimatında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 18-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın "Tudor Rose" nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş "Fərqliliklə razılaşaq" kitabının təqdimatı oldu.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.

UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış edərək bu kitabın tolerantlığa, qarşılıqlı hörmətə, ləyaqətə və mərhəmətə əsaslandığını bildirdi.

Baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.

Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığa, habelə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən elan edilən "Bakı prosesi"nə töhfələr vermiş Forum iştirakçılarına təqdim etmək üçün simvol hazırlanıb.

Əbülfəs Qarayev sülh və mədəniyyətlərarası dialoq üzrə "Bakı prosesi"nin simvolunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserə, UNESCO-nun baş direktoru İrina Bokovaya, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəniyə, ISESCO-nun baş direktoru Əbdüləziz Osman bin əl-Tüveycriyə və digər şəxslərə təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti