...

Azərbaycan və Bolqarıstan parlamentlərarası münasibətlər müzakirə edilib

Siyasət Materials 19 May 2015 05:30 (UTC +04:00)
Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev Milli Məclisdə Bolqarıstan Parlamentinin Hüquqi münasibətlər komitəsinin rəhbəri, Azərbaycan - Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvü Həmid Həmid ilə görüşüb.
Azərbaycan və Bolqarıstan parlamentlərarası münasibətlər müzakirə edilib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev Milli Məclisdə Bolqarıstan Parlamentinin Hüquqi münasibətlər komitəsinin rəhbəri, Azərbaycan - Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvü Həmid Həmid ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Bolqarıstan parlamentlərarası münasibətlər, qanunvericilik, sosial, iqtisadi, mədəniyyət, idaman sahələri üzrə ölkələrimiz arasında yaranmış işgüzar, səmərəli əlaqələr müzakirə edilib.

Eyni zamanda Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun Azərbaycan və Bolqarıstana qarşılıqlı səfərlərinin müntəzəm olaraq təşkil edilməsi məsələsi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti