...

Mübariz Əhmədoğlu: Azərbaycan rəhbərliyinin apardığı siyasət və ordu quruculuğu Ermənistanda çaşqınlıq yaradıb

Siyasət Materials 19 May 2015 12:08 (UTC +04:00)
Azərbaycan rəhbərliyinin apardığı siyasət və ordu quruculuğunun cari prosesləri Ermənistanda çaşqınlıq yaradıb.
Mübariz Əhmədoğlu: Azərbaycan rəhbərliyinin apardığı siyasət və ordu quruculuğu Ermənistanda çaşqınlıq yaradıb

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan rəhbərliyinin apardığı siyasət və ordu quruculuğunun cari prosesləri Ermənistanda çaşqınlıq yaradıb. Ermənistan ordusunun rəhbərliyi mətbuata Azərbaycanın təbliğatına uymamaqla bağlı verdiyi göstərişlərin sayını artırıb. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, ermənilər Azərbaycanın təbliğatının güclü olduğunu, ölkələrini də bu təbliğat altına düşdüyünü etiraf edirlər: "Azərbaycanın təbliğatı güclüdür, amma ermənilərin öz hərəkətləri Azərbaycanın təbliğatını daha da gücləndirir:
a) Ermənistanın Müdafiə Nazirliyi yaralı hərbi qulluqçunu xaricdə müalicə etdirməyə imkanının olmadığını etiraf etdi;
b) "Yerkrap könüllüləri"nin başçısı general M.Qriqoryan, vaxtilə, Dağlıq Qarabağda işğalçılıq müharibəsini birlikdə apardığı, çiyin yoldaşı J.Sefilyanı tanımadığını bildirdi. Livan ermənisi, Şuşa Batalyonunun komandiri, Ermənistanda vətəndaşlıq ala bilməyən J.Sefilyan məcburən müxalifətçi oldu və indi həbsdədir;
c) Məşhur pornoaktrisa Kim Kardaşyan Ermənistanın baş naziri O.Abramyanın vəsaiti hesabına Ermənistana səfər etdi. Səfərinin birinci günü K.Kardaşyan Dağlıq Qarabağa getməyəcəyini bildirdi. Bütün bunlar ermənilərin özlərinə vurduğu ciddi zərbələrdir. Belə zərbələrin fonunda Azərbaycanın təbliğatının psixoloji effekti daha da güclənir. Bunu erməni ekspertləri də etiraf edirlər".

O qeyd edib ki, Gəncədə erməni hərbçisi A.Bardasaryanın ittihamı ilə bağlı keçirilən məhkəmə prosesi Dağlıq Qarabağda yaşayan əhalidə narahatlıq yarada bilib: "Əlində ağ bayraq Azərbaycana tərəf keçən erməni hərbçi A.Qriqoryanın "Azərbaycana tərəf keçmək istəyən hərbçilər çoxdur" bəyanatı bütün Ermənistan rəhbərliyində şok yaratdı. Müdafiə Nazirliyi ilə yanaşı hökumətin və Prezident Aparatının rəsmiləri bir neçə gün hərbi hissələrdən çıxmadılar. Onlar doğrudan da erməni hərbçilərinin Azərbaycana tərəf keçmək istəklərindən ciddi qorxmuşdular. Erməni ekspertləri və siyasətçiləri Azərbaycanın gücünün artmasını inkar etmək üçün yeni-yeni arqumentlər düzəldirlər. İki keçmiş müdafiə nazirinin fikrincə, Azərbaycanın müdafiə xərclərinin artması və Azərbaycanın yeni silahlar alması barədə deyilənlər həqiqət olsa da, bunun ermənilərə qorxusu və ya təsiri yoxdur:
- Ermənilər Azərbaycanın yeganə düşməni deyil, Azərbaycanın digər düşmənləri var;
- Azərbaycan Dəniz Donanmasına malikdir. Hərbi Dəniz Qüvvələrini saxlamaq çox xərc götürdüyü üçün Azərbaycanın hərbiyə ayırdığı vəsaitin böyük qismi bu istiqamətdə xərclənir;
- Korrupsiya faktı fəaliyyətdədir. Hərbiyə ayrılan pulun böyük qismi ciblərə gedir.
Bütün erməni ictimaiyyəti aprelin 24-də "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunduğu vaxtda Azərbaycanın hərbi intensivliyi artıracağını və bunu Türkiyəyə xoş gəlmək üçün edəcəyi barədə proqnozlar vermişdilər. Ermənistanın Müdafiə Nazirliyi 24 aprel gününə xüsusi hazırlaşmışdılar. Bu ermənilərin növbəti səhvlərindən biri oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti