...

Fransız senator Natali Qule Trend-in kollektivi ilə görüşüb (FOTO)

Siyasət Materials 19 May 2015 15:49 (UTC +04:00)
Fransız senator Natali Qule bu gün Trend İnformasiya Agentliyinin ofisində olub.
Fransız senator Natali Qule Trend-in kollektivi ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Fransız senator Natali Qule bu gün Trend İnformasiya Agentliyinin ofisində olub.

Fransa Senatının Xarici əlaqələr komissiyasının üzvü N.Qule görüş çərçivəsində Trend-ə müsahibə verib. Senator müsahibəsində dünyada baş verən hadisələrə, Azərbaycanın Avropa və Asiya arasında mədəni körpü kimi çıxış etməsi məsələlərinə toxunub.

Xanım N.Qule Trend-in baş redaktoru Vaqif Şərifov, həmçinin agentliyin İngilis və İran xəbərlər xidmətinin rəhbərləri ilə görüşüb. Görüş zamanı N.Qule agentliyin işini yüksək qiymətləndirib: "Bu gün Trend Cənubi Qafqazın aparıcı agentliyidir, əməkdaşlarının peşəkarlığı isə şübhə doğurmur".

Onun sözlərinə görə, Trend-in kollektivi Azərbaycan haqqında doğru informasiyanı Qərb oxucusuna çatdırmaq üçün böyük iş görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti