...

Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib

Siyasət Materials 19 May 2015 18:29 (UTC +04:00)
Səfər mayın 21-dək davam edəcək.
Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq.

Səfər mayın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti