...

Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə fəxri ad, orden və medallar verildi (SİYAHI)

Siyasət Materials 19 May 2015 21:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə fəxri ad, orden və medallar verildi (SİYAHI)

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar hüquqşünas" fəxri adı verilsin:

Məmmədov Rafiq Uğuz oğlu
Nağıyev İman Məmməd oğlu

Dövlət başçısının digər sərəncamı ilə Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Cəfərov Azər Məmməd oğlu
Hüseynov Cavid Ənvər oğlu

"Tərəqqi" medalı ilə

Allahverdiyev Əli Kərim oğlu
Bağırov Anar Ramiz oğlu
Cəfərov Ələddin Adil oğlu
Hüseynov Azər Soltanhəmid oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu

Xəbər lenti

Xəbər lenti