...

Pul üstündə oturanlar: Ermənistanı əslində kim idarə edir?

Siyasət Materials 20 May 2015 21:00 (UTC +04:00)
Kriminal üçlüyün – Saşik, Mişik və Ko - şəxsi hesabında milyonlar, bəlkə də milyardlarla vəsait toplanıb.
Pul üstündə oturanlar: Ermənistanı əslində kim idarə edir?

Azərbaycan, Bakı, 20 may /Trend/

Kriminal üçlüyün - Saşik, Mişik və Ko - şəxsi hesabında milyonlar, bəlkə də milyardlarla vəsait toplanıb

"Ermənistanda baş verən prosesləri təhlil edərək belə qənaətə gəlmək olar ki, kriminalın dövlətlə birləşdirilməsi elə miqyas alıb ki, bu ölkəni dünya nizamına təhdid kimi elan etməyin və onun ərazisində İnterpolun himayəsi altında xüsusi əməliyyat keçirməyin vaxtı çatıb".

Trend-in məlumata görə, bu barədə Ermənistanın İrs Partiyasının mətbuat xidmətinin rəhbəri David Sanasaryan "Facebook"dakı səhifəsində yazıb.

Pul üstündə oturaraq, pul istəyirlər

Ermənistan hakimiyyəti öz cibindən savayı, hər yerdə maliyyə vəsaiti axtarır. Müdriklərdən birinin dediyi kimi, "pul üstündə oturaraq, pul istəyirlər". Bu sözlər hakimiyyətin bütün sisteminə aiddir. Bu sistemə Robert Koçaryan, Serj Sarkisyan, Ovik Abramyan, Qagik Tsarukyan, Qagik Beqlaryan, Saşik Sarkisyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mqer Sedrakyan, Manvel Qriqoryan, həmçinin Ermənistanda indi və əvvəl hakimiyyətdə təmsil olunan, eləcə də böyük biznesdə iştirak edən məmurlar daxildir.

Ermənistan hakimiyyəti sisteminin nümayəndələrinin şəxsi hesablarında (Ermənistanda və xaricdə açılan hesablarda) milyonlarla, bəlkə də milyardlarla vəsait toplanıb. Bu yaxınlarda xarici təşkilatlardan birinin araşdırmasında Ermənistanla bağlı deyilirdi ki, son 10-12 ildə Ermənistandan qanunsuz yolla 7,5 milyard dollar çıxarılıb.

Ermənistanda heç kəs bu insana layiqincə cavab verə bilmir. Axı o, qardaşdır!

Kriminal Ermənistanın hazırda əsas simalarından biri prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyandır. O, ölkədə və xaricdə "Saşik 50 faiz" ləqəbi ilə tanınır. Ləqəbin yaranmasına səbəb onun açılan kommersiya obyektlərin sahiblərindən 50 faiz pay tələb etməsidir. Heç kəs onun təklifini geri çevirə bilməz.



Saşik - "pazik"in macəraları erməniləri cana gətirib

Ermənistanda elə kiçik cəlbedici biznes sahəsi yoxdur ki, Saşik ora burnunu soxmasın. Prezidentin qardaşının təklifindən imtina edənlər ya vəhşicəsinə döyülür, ya ölkədən qaçmaq məcburiyyətində qalır, ya da sadəcə öldürülür.

Saşik cinayətkar gəlirlərini leqallaşdırmağı da unutmur. O, xaricdə ev, restoran, mehmanxana, gecə klubları, şirkətlər alaraq həmin gəlirləri ölkədən çıxarmağa üstünlük verir. Bəzi məlumatlara əsasən, Saşik ABŞ-a təqribən 200 milyon dollar çıxarıb. Belə ki, o, 2005-ci ildə Kaliforniya ştatının Tarzana şəhərində 2,8 milyon dollara malikanə alıb. Hazırda onun qiyməti 3,5 milyon dollar qiymətləndirilir.

Saşikin Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. Saşik İran və Birləşmiş Ərəb Əmirliklərinə qoyunların ixracı sahəsində inhisarçı kimi də tanınır. Daha əvvəl Ermənistanda qoyunçuluq yezidi kürdlərin ənənəvi fəaliyyət sahəsi hesab edilirdi. Görünür, yezidi kürdlər təzyiq altında təsərrüfatlarını prezidentin qardaşına vermək məcburiyyətində qalıblar. Ermənistana meyvə idxalı da onun firmalarının nəzarəti altındadır. İş o yerə çatıb ki, ölkənin yollarında quraşdırılmış kameralar və radarlar faktiki olaraq Saşikin mülkiyyətindədir.

Necə oldu ki, Dağlıq Qarabağdan olan sürücü Emənistanda insanları "çörək" vəzifələrinə təyin etməyə başladı?

Saşik deputat və oliqarx olmazdan əvvəl Qarabağda avtobus sürücüsü və qaz sahəsində texniki işçi kimi çalışıb. Vergi və hüquq-mühafizə orqanları ilə problemləri olan sahibkarlar Saşikə müraciət edirlər. O da müəyyən məbləğ qarşısında onların istənilən problemini həll etməyə hazırdır. Onun səlahiyyətlərinə, həmçinin kadr siyasəti, o cümlədən Ermənistan və Dağlıq Qarabağda insanları bütün "çörək" vəzifələrinə təyin etmək daxildir.

Vaxtilə sürücü işləyən və qaz sayğaclarının quraşdırılması ilə məşğul olan Saşik kriminal dairələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa başladı. Onun narkoman oğlu Narek erməni "qanuni oğrular" arasında tez-tez görünür.

Saşikin kriminal dairələrlə əlaqələri vaxtilə ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. ABŞ-da iri erməni cinayətkar sindikatı olan "Erməni gücü"nün fəaliyyəti araşdırılarkən onun rəhbəri "Pzo" ləqəbli Armen Kazaryan həbs edilərək mühakimə edilmişdi. Mətbuatda bildirilirdi ki, Saşikin onunla müştərək biznesi var idi və "Pzo" vasitəsilə diaspordakı erməni cinayət aləminin nümayəndələri, eləcə də Rusiyadakı "qanuni oğrular"la əlaqə saxlayırdı. Görünür, Saşikin Ermənistan prezidentinin qardaşı olması faktı ona qarşı dosyenin açılmasına mane oldu.

Saşik Serjin real simasıdır - öz iştirakı ilə bunu həmişə xatırladır

Saşik xalqa "yaxın"dır. O, Serj Sarkisyandan daha "səmimi" və düzgün"dür, çünki həm Qərb, həm Türkiyə, həm də Rusiya yönümlü olmağa çalışmır. O, yalnız pul yönümlüdür. Serj Sarkisyan iqtisadi zonalar barədə danışanda, Saşik tam mahiyyətilə nümayiş etdirir ki, bu belə deyil. Prezident Ermənistan xalqının maraqları, demokratiya, insan haqları barədə danışanda Saşik xalqa ehyam edir ki, buna inanmaq lazım deyil. Saşik əməlləri ilə Ermənistan xalqına ismarıc göndərir ki, bu "Sarkisyanlar"a inanmaq olmaz, çünki onlar Saşikin özündən daha böyük Saşiklərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti