...

Rəcəb Tayyib Ərdoğandan başsağlığı: "Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır"

Siyasət Materials 21 May 2015 15:15 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Rəcəb Tayyib Ərdoğandan başsağlığı: "Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır"

Azərbaycan, Bakı, 21 may /Trend/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli Prezident, əziz qardaşım, Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti