...

Serbiyanın Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

Siyasət Materials 21 May 2015 16:16 (UTC +04:00)
Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Serbiyanın Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

Azərbaycan, Bakı, 21 may /Trend/

Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Bakı şəhərindəki yaşayış binasında çoxsaylı insan tələfatına səbəb olan yanğın xəbəri məni dərindən sarsıtdı. İnanmaq istəmirəm ki, bu faciə məni çox böyük səmimiyyətlə qarşılayan şəhərdə baş verib.

Belə hallarda kədəri bölüşmək üçün söz tapmaq çox çətindir. Bu hadisə zamanı yaxınlarını itirmiş və xəsarət almış insanların acısını paylaşdığımı onlara çatdırmağınızı xahiş edirəm.

Zati-aliləri, Sizə Serbiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti