...

Federika Moqerini: ""Şərq tərəfdaşlığı" ölkələri ilə münasibətlər Aİ üçün əhəmiyyətlidir"

Siyasət Materials 22 May 2015 12:12 (UTC +04:00)
“Şərq tərəfdaşlığı” proqramında iştirak edən 6 ölkə ilə münasibət Avropa İttifaqı (Aİ) üçün çox əhəmiyyətlidir.
Federika Moqerini: ""Şərq tərəfdaşlığı" ölkələri ilə münasibətlər Aİ üçün əhəmiyyətlidir"

Azərbaycan, Bakı, 22 may /Trend/

"Şərq tərəfdaşlığı" proqramında iştirak edən 6 ölkə ilə münasibət Avropa İttifaqı (Aİ) üçün çox əhəmiyyətlidir. Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

Riqada keçirilən sammitin ikinci gününün başlanğıcında F.Moqerini bildirib: "Tərəfdaşlarla normal işçi münasibətə keçirik, bu sensasiya olmaya bilər, ancaq insanlarımız üçün çox əhəmiyyətlidir. Bu üzərində işlədiyimiz məsələ idi. Hər biri ilə münasibətlərimiz, tərəfdaşlığımız həm bizim, həm onlar üçün əhəmiyyətlidir. Düşünürəm ki, Aİ və hər bir 6 tərəfdaş üçün yaxşı gün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti