...

Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb (FOTO)

Siyasət Materials 23 May 2015 19:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının Sosial məsələlər üzrə Komissarı Dr Mustafa Siddiki Kaloko ilə görüş keçirib.
Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycan Respublikasının Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının Sosial məsələlər üzrə Komissarı Dr Mustafa Siddiki Kaloko ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında sosial, idman və gender bərabərliyi sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Bunu Trend-ə

Aİ Komissarı Kaloko bu sahələrin Afrika üçün olduqca vacib sahələr olduğunu qeyd etdi və ölkəmizin bu sahələrdəki uğurlarını nəzərə alaraq, tərəflər arasında təcrübə mübadiləsinin aparılması vacibliyi vurğulandı.

Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında əməkdaşlıq perspektivlərinə gəldikdə səfərlər mübadiləsinin həyata keçirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsi zəruriliyi qeyd edildi. Aİ Komissarına qarşıdan gələn Bakı 2015 Avropa Oyunları barədə ətraflı məlumat verildi.

Xəbər lenti

Xəbər lenti