...

Aktau şəhərində 28 May - Respublika günü ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 28 May 2015 03:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğu tərəfindən 28 May - Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilmişdir.
Aktau şəhərində 28 May - Respublika günü ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğu tərəfindən 28 May - Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilmişdir.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Manqistau vilayət akimiyyətinin (qubernatorluğunun) rəsmiləri, Aktau şəhərində fəaliyyət göstərən digər xarici ölkələrin Baş konsulluqlarıın rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistau vilayətində fəaliyyət göstərən çox saylı xarici ölkə şirkətlərinin rəhbərləri, vilayətindən fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, vilayətdə fəaliyyət göstərən digər xalqların milli-mədəni cəmiyyətlərinin rəhbərlər və üzvlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə "Bakı-2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirildi və Avropa Oyunlarına həsr olunmuş videolar nümayiş etdirildi.

Tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının dövlət himnləri səsləndirildi. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovetlər birliyi süqut edəndən sonra ölkəmizin öz dövlət müstəqilliyini bərpasından danışdı. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin möhkəmlənməsi və inkişafında qazandığı uğurları qeyd edərək, müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının dünyada ən sürətlə inkişaf edən və Qafqaz regionunda lider ölkəyə çevrilməsindən danışdı. R.Məmmədov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalşılıq siyasətinə son qoyulması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar və Ermənistanın qeyri-konstruktiv rolu haqqında məlumat verdi.

Manqistau vilayət akimi (qubernatoru) Alik Serikoviç Aydarbayev çıxış edərək, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında siyasi, iqtisadi və hümanitar sahədə əlaqələrinin yüksək səviyyədə olduğundan danışaraq, bu əlaqələrin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Qazax xalqının Ümummilli Lideri Nursultan Nazarbayevin uzaq görən siyasətləri nəticəsində qurulduğunu və bu gün də Azərbaycan və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi haqqında məlumat vermişdir. Tədbirin sonunda Baş konsulluq tərəfindən, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında, Azərbaycan mədəniyyətinin Qazaxıstanda təbliğində, Azərbaycan diasporunun işində və həmçinin Baş konsulluqla əməkdaşlıqda göstərilən fəaliyyətə görə, 30 yaxın dövlət qurumu və qeyri hökumət təşkilatı, təhsil və mədəniyyət işçiləri, Azərbaycan diasporu nümayəndələri Baş konsulluğun təşəkkür məktubları, fəxri fərmanları və qiymətli hədiyyələr ilə təltif olundular.

Tədbir çərçivəsində həmçinin, Baş konsulluq tərəfindən Aktau şəhərinin 6 saylı orta məktəb şagirdləri arasında keçirilən və Azərbaycan-Qazaxıstan dostluğuna həsr olunmuş rəsm müsabiqəsinin iştirakçılarının rəsmlərinin sərgisi keçirildi.

Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxindən plov, dolma, kabab və digər təamları təqdim olunmuş, həmçinin rəqs kolletkivinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilmişdir.

Tədbir Qazaxıstanın mərkəzi və yerli televiziya kanalları tərəfindən çəkilmiş və xəbərlər proqramlarında göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti