...

Siyavuş Novruzov: Milli Şura Martin Şults kimilərinin istəyi ilə böyük tədbir ərəfəsində aksiya keçirir

Siyasət Materials 29 May 2015 14:05 (UTC +04:00)
“Bəzi daxili qüvvələr və onların xarici havadarları Azərbaycanın tərəqqəsini həzm edə bilmirlər”.
Siyavuş Novruzov: Milli Şura Martin Şults kimilərinin istəyi ilə böyük tədbir ərəfəsində aksiya keçirir

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Elçin Mehdiyev/

"Bəzi daxili qüvvələr və onların xarici havadarları Azərbaycanın tərəqqisini həzm edə bilmirlər".

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, Avropa Parlamentinin prezidenti Martin Şultsun Ermənistana dəstək verən bəyanatlarını tənqid edib: "Martin Şults öz maskasını cırdı. O, Riqa Sammitində Şimali Koreya ilə eyni səviyyədə olan Ermənistanda demokratiyanın olduğunu bəyan etdi. Martin Şults Ermənistanda demokratiyanın çiçək açmasından dəm vurur. Halbuki, Ermənistanda parlamentdə güllələnmə hadisəsi baş vermişdi. Bundan başqa, 2013-cü il prezident seçkilərində namizədlərdən biri güllələnmişdi".

YAP rəsmisi qeyd edib ki, Milli Şura Martin Şults kimilərinin istəyi ilə Azərbaycanda böyük tədbir ərəfəsində aksiya keçirir: "Amma onlar heç nəyə nail ola bilməcəklər. Azərbaycan bu idman tədbirini keçirəcək. Və onlar da görəcəklər ki, demokratiya olduğu dediyi ölkələrlə müqayisədə Azərbaycanda nə qədər inkişaf var".

Spiker Oqtay Əsədov isə deyib ki, deputat Novruzovun çıxışı zamanı Şults sözünü işlətməsi ona Uzaq Sahillərdə filmindəki Şultsu xatırladıb: "Mən dərinə getmək istəmirəm, amma belə şeylər var, bu həqiqətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti