...

Macarıstanda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Siyasət Materials 29 May 2015 19:17 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib.
Macarıstanda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbul mərasiminin açılışında hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra səfir Vilayət Quliyev açılış çıxışı edərək qonaqları salamlamış, bu tarixi günün Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətindən danışmışdır.

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 24-cü ildönümünü bayram etdiyini xatırladan V.Quliyev tarixən çox da böyük olmayan bu müddət ərzində ölkəmizin çağdaş və demokratik dünyaya inteqrasiya istiqamətində qazandığı uğurlar haqqında danışmışdır. 3 il sonra Şərqin ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını bildirən səfir 1991-ci ildə qazanılmış müstəqillik və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında qonaqlara məlumat vermişdir.

O, iki həftə sonra ölkəmizdə baş tutacaq böyük idman bayramı - Birinci Avropa Oyunları barədə danışmış, Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsinin qürurverici olduğunun dilə gətirmişdir. Macarıstanın Avropa Oyunlarında çox sayda idmançı ilə təmsil olunacağını xatırladan V.Quliyev onlara müvəffəqiyyətlər diləmişdir. Daha sonra səfir Azərbaycanın hazırkı iqtisadi-siyasi durumu, həmçinin Azərbaycan-Macarıstan əlaqələri haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Qəbulda Macarıstanın müxtəlif nazirliklərinin, akademiya və ali məktəblərin, yerli mətbuatın nümayəndələri, Budapeştdə akkreditə olunan korpusun üzvləri, iş adamları, macar ictimaiyyətinin və ölkədəki Azərbaycan diasporunun təmsilçiləri - bütünlükdə yüz əlli nəfərə yaxın qonaq iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti