...

NATO-da Azərbaycanla bağlı brifinq keçirilib

Siyasət Materials 30 May 2015 14:13 (UTC +04:00)
NATO-nun mənzil-qərargahında NATO-nun Sənaye Resursları və Kommunikasiya Xidmətləri Qrupunda “Azərbaycanın mühüm enerji infrastrukturlarının mühafizəsi: nailiyyətlər və təhdidlər” mövzusunda brifinq keçirilib.
NATO-da Azərbaycanla bağlı brifinq keçirilib

Azərbaycan, Bakı, 30 may /Trend/

NATO-nun mənzil-qərargahında NATO-nun Sənaye Resursları və Kommunikasiya Xidmətləri Qrupunda "Azərbaycanın mühüm enerji infrastrukturlarının mühafizəsi: nailiyyətlər və təhdidlər" mövzusunda brifinq keçirilib.

Trend-in məlumatına görə, Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli tərəfindən keçirilən brifinqdə Azərbaycanın enerji layihələri və təhlükəsizliyi, mühüm enerji infrastrukturlarının mühafizə olunmasında əldə etdiyi nailiyyət və təhdidlər və NATO-nun bu sahədə rolu və əməkdaşlıq perspektivləri barədə Qrupa məlumat verilib.

Qrupun iclasında NATO Beynəlxalq Katibliyi, NATO üzv və tərəfdaş ölkələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və aparılan müzakirələr və şərhlər zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə aktiv və strateji tərəfdaş olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti