...

Siyavuş Novruzov: Milli Şura özünü bir daha biabır etdi

Siyasət Materials 30 May 2015 17:55 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirdiyi mitinqə münasibət bildirib.
Siyavuş Novruzov: Milli Şura özünü bir daha biabır etdi

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirdiyi mitinqə münasibət bildirib.

S.Novruzov Trend-ə deyib ki, Milli Şuranın bugünkü mitinqini yalnız piket adlandırmaq olar: "Özlərini bir daha biabır etdilər. Bundan əvvəlki piketlərdən heç nə ilə fərqlənmədi. Yenə eyni adamlar, eyni danışıq, eyni kontingent. Azərbaycan xalqı tərəfindən onlara heç bir dəstək olmadı. Özlərinin qohum-əqrəbaları, mətbuat orqanlarının nümayəndələri, partiyalarının üzvləri iştirak edirdilər".

İcra katibinin müavini bildirib ki, piketdə yenə də özlərinə layiq, tərbiyədən kənar fikirlər söyləmək, böhtan atmaq, təhqir etməklə, qanunun aliliyini pozmaqla, qanunvericiliyə hörmətsizlik göstərməklə çıxışlarını davam etdirdilər.

S.Novruzov qeyd edib ki, Milli Şuranın piket keçirməkdə məqsədi Avropadan alınan pulları silmək və Avropa üçün materiallar hazırlamaq idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti