...

Novruz Məmmədov: "Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirirlər"

Siyasət Materials 2 İyul 2015 11:03 (UTC +04:00)
Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur.
Novruz Məmmədov: "Beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirirlər"

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Səba Ağayeva/

"Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur". Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən aktorlardan biri də QHT-lərdir: "Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti