...

Avstraliya Senatının prezidenti Azərbaycana səfər edəcək (FOTO)

Siyasət Materials 14 Sentyabr 2015 16:30 (UTC +04:00)
Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşü olub.
Avstraliya Senatının prezidenti Azərbaycana səfər edəcək (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sentyabrın 14-də Kanberrada Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov da iştirak edib.

Görüş zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələləri, sosial və humanitar sahələrdə əlaqələr müzakirə olunub. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə məlumat Avstraliya tərəfinin diqqətinə çatdırılıb. Parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələləri də nəzərdən keçirilib.

S.Perri Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycana səfər etməklə bağlı rəsmi dəvətini alıb və onu qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Həmin gün, həmçinin Azərbaycan nümayəndə heyətinin Avstraliya parlamentinin İqtisadi komitəsinin sədri Con Aleksandr, sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə görüşləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti