...

Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib

Siyasət Materials 2 Noyabr 2015 17:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.
Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdi.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Baş naziri, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti