...

ABŞ Azərbaycanın Əfqanıstanda NATO əməliyyatlarına davamlı sadiqliyini alqışlayır

Siyasət Materials 3 Noyabr 2015 16:45 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Əfqanıstanda NATO-nun əməliyyatlarına davamlı sadiqliyini alqışlayır.
ABŞ Azərbaycanın Əfqanıstanda NATO əməliyyatlarına davamlı sadiqliyini alqışlayır

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Əfqanıstanda NATO-nun əməliyyatlarına davamlı sadiqliyini alqışlayır. Trend-in mlumatına görə, bu barədə Birləşmiş Ştatların Bakıdakı səfirliyinin "Twitter" səhifəsində yazılıb.

Qeyd olunur ki, ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirir.

Qeyd edək ki, Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti