...

"ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir"

Siyasət Materials 4 Noyabr 2015 19:18 (UTC +04:00)
"ABŞ və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar".
"ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir"

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

"ABŞ və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar". Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycandakı seçkilərlə bağlı bəyanatında qeyd olunub ki, ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir.

O, qeyd edib: "Biz, həmçinin ATƏT-in Avropada təhlükəsizlik və stabilliyin təmin edilməsi üçün yaradılmış önəmli bir təşkilat olduğunu vurğulamaq istərdik. Dağlıq Qarabağ münaqişəsi ATƏT çərçivəsində həll edilir ki, bu da münaqişənin ilkin vəziyyətə qayıtmasına imkan vermir. Təşkilatın işinin önəmi də məhz bundadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti