...

Prezident İlham Əliyev: Azərbaycan regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir (FOTO)

Siyasət Materials 7 Noyabr 2015 16:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev: Azərbaycan regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.

Ölkəmizə ötən səfərini məmnunluqla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğuladı, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti