...

MSK narazı namizədlərin müraciətlərinə baxıb

Siyasət Materials 13 Noyabr 2015 16:58 (UTC +04:00)
MSK-ya daxil olan müraciətlər ekspert qrupu tərəfindən araşdırılıb.
MSK narazı namizədlərin müraciətlərinə baxıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, 30 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vurğun Əyyub, 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadə, 47 saylı Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Nurəddin Rüstəmli və digərləri MSK-ya müraciət edərək seçki prosesində qanun pozuntularına yol verildiyini iddia ediblər.

İclasda bildirilib ki, MSK-ya daxil olan müraciətlər ekspert qrupu tərəfindən araşdırılıb. Müraciətlərdən bəziləri qanunvericilikdə müəyyən olunmuş şikayət vermə müddətini keçməklə təqdim edildiyindən, bəziləri isə əsassız olduğundan təmin edilməyib. Bir müraciət isə baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti