...

PA rəhbərinin müavini: YAP Azərbaycanda sabitliyə xidmət edən əsas siyasi qüvvədir

Siyasət Materials 21 Noyabr 2015 10:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir.
PA rəhbərinin müavini: YAP Azərbaycanda sabitliyə xidmət edən əsas siyasi qüvvədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcək: "Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, həm də regionun ən böyük siyasi partiyasıdır. Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcəkdir. Bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik edirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti