...

Prezident İlham Əliyev Milli Məclisin iclasında iştirak edir (ƏLAVƏ OLUNUB 3) (FOTO)

Siyasət Materials 24 Noyabr 2015 12:08 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.
Prezident İlham Əliyev Milli Məclisin iclasında iştirak edir (ƏLAVƏ OLUNUB 3) (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək.

x x x

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

x x x

İclasa sədrlik edən Fəttah Heydərov deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.

Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

x x x

Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verib.

Dövlətimizin başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti