...

Zakir Həsənov BƏƏ səfiri ilə görüşüb

Siyasət Materials 9 Dekabr 2015 18:39 (UTC +04:00)
Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb.
Zakir Həsənov BƏƏ səfiri ilə görüşüb

Bakı. Trend:

Dekabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfir olmağından məmnunluğunu ifadə edən diplomat ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti