Zakir Həsənov Türkiyəyə gedib

Siyasət Materials 16 Dekabr 2015 18:45 (UTC +04:00)
Azərbaycan müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb.
Zakir Həsənov Türkiyəyə gedib

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbul şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti