...

Azərbaycanda bələdiyyələrin siyahısına dəyişikliklər edildi

Siyasət Materials 21 Dekabr 2015 19:35 (UTC +04:00)
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:
Azərbaycanda bələdiyyələrin siyahısına dəyişikliklər edildi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1408-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilib:

"Ağcabədi rayonu" bölməsi üzrə:
8.42-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qiyaməddinli" sözü "Yuxarı Qiyaməddinli" sözləri ilə əvəz edilir.

"Ağdam rayonu" bölməsi üzrə:
9.13-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Baharlı" sözü "Gül Baharlı" sözləri ilə əvəz edilir.

"Ağdaş rayonu" bölməsi üzrə:
10.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Yeniarx" sözü "Aşağı Qobuüstü" sözləri ilə əvəz edilir.

"Astara rayonu" bölməsi üzrə:
13.10-cu sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Telman" sözü "Çayoba" sözü ilə əvəz edilir.

"Bərdə rayonu" bölməsi üzrə:
16.27-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qazaxlar" sözü "Birinci Qazaxlar" sözləri ilə əvəz edilir.

"Cəlilabad rayonu" bölməsi üzrə:
18.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Kövüzbulaq" sözü "Soyuqbulaq" sözü ilə, "Badamağac" sözü "Güneyli" sözü ilə əvəz edilir; 18.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Təzəkənd" sözü "Çəmənli" sözü ilə əvəz edilir.

"Gədəbəy rayonu" bölməsi üzrə:
22.15-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qasımağalı" sözü "Çaykənd" sözü ilə əvəz edilir; 22.21-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qurudərə" sözü "Gülallı" sözü ilə əvəz edilir; 22.23-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Yenikənd" sözü "Qızılqaya" sözü ilə, "Arabaçı" sözü "Çiçəkli" sözü ilə əvəz edilir.

"Göyçay rayonu" bölməsi üzrə:
24.8-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Cəyirli" sözü "Şıxlar" sözü ilə əvəz edilir.

"Xaçmaz rayonu" bölməsi üzrə:
27.18-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "İlxıçı" sözü "Məmmədxanlı" sözü ilə əvəz edilir.

"İsmayıllı rayonu" bölməsi üzrə:
30.5-ci sətirdə "Cülyan" sözü hər iki halda "Yuxarı Cülyan" sözləri ilə əvəz edilir.

"Kürdəmir rayonu" bölməsi üzrə:
31.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qarabucaq" sözü "Axtaçı Qarabucaq" sözləri ilə əvəz edilir.

"Quba rayonu" bölməsi üzrə:
36.4-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Digah" sözü "Yuxarı Digah" sözləri ilə əvəz edilir.

"Tərtər rayonu" bölməsi üzrə:
51.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qapanlı" sözü "Aşağı Qapanlı" sözləri ilə əvəz edilir; 51.6-cı sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Təzəkənd" sözü "Ağkənd" sözü ilə əvəz edilir; 51.18-ci sətirdə "Qapanlı" sözü hər iki halda "Yuxarı Qapanlı" sözləri ilə əvəz edilir; 51.19-cu sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qaradağlı" sözü "Yuxarı Qaradağlı" sözləri ilə əvəz edilir;
51.23-cü sətirdə "Sarıcalı" sözü hər iki halda "Yuxarı Sarıcalı" sözləri ilə əvəz edilir; 51.28-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qapanlı" sözü "Alışarlı" sözü ilə əvəz edilir.

"Ucar rayonu" bölməsi üzrə:
53.4-cü sətirdə "Çiyni" sözü hər iki halda "Yuxarı Çiyni" sözləri ilə əvəz edilir.

"Zaqatala rayonu" bölməsi üzrə:
56.7-ci sətirdə "Dombabinə" sözü hər iki halda "Üçüncü Tala" sözləri ilə əvəz edilir; 56.9-cu sətirdə "Əli Bayramlı" sözləri hər iki halda "Dağlı" sözü ilə əvəz edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti