...

Prezident İlham Əliyev Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib (FOTO)

Siyasət Materials 1 Fevral 2016 16:54 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.
Prezident İlham Əliyev Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.

Dövlətimizin başçısına məlumat verildi ki, məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Onun məzarı da buradadır.

Prezident İlham Əliyev Şeyx Zayed ibn Sultan Əl Nəhyanın məzarını ziyarət etdi.

Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir. Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan qəpiklər, xəttatlıq nümunələri var.

Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti