...

YAP optimallaşdırma siyasəti aparacaqmı?

Siyasət Materials 9 Fevral 2016 10:16 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) hazırda optimallaşdırma siyasətinin aparılmasına ehtiyac görmür.
YAP optimallaşdırma siyasəti aparacaqmı?

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) hazırda optimallaşdırma siyasətinin aparılmasına ehtiyac görmür.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə bildirib ki, Yeni Azərbaycan Partiyası əvvəldən kiçik aparat ilə fəaliyyət göstərir: "Biz əsas gücü yerli təşkilatlara vermişik. Çünki üzvlərimiz yerli təşkilatlarda birləşirlər. Yerlərdəki aparatlar isə üzvlərlə fəal və operativ şəkildə işlərini qururlar. Bizim yerli təşkilatların bəzilərində 8, bəzilərində isə 12 nəfərə qədər insan çalışır. Yəni, böyük işçi heyəti yoxdur".

Partiyanın mərkəzi aparatına gəlincə isə S.Novruzov bildirib ki, burada da o qədər böyük sayda işçi yoxdur ki, optimallaşdırma işləri aparılsın: "Əksinə, bir neçə ştatlar var ki, onlara yeni işçilərin götürülməsi lazımdır. Bu işlər hələlik digər işçilərə həvalə olunub və onlar da həmin işlərin öhdəsindən bacarıqla gəlirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti