...

Xarici ölkələrin səfirləri IV Qlobal Bakı Forumunun təqdimatına qatılıblar (FOTO)

Siyasət Materials 16 Fevral 2016 17:08 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ofisində IV Qlobal Bakı Forumunun təqdimatı olub.
Xarici ölkələrin səfirləri IV Qlobal Bakı Forumunun təqdimatına qatılıblar (FOTO)

Bakı. Trend:

Fevralın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ofisində IV Qlobal Bakı Forumunun təqdimatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində Avropa İttifaqı, Almaniya, Avstriya, Argentina, İtaliya, İsrail, Niderland, Norveç, İsveçrə, İspaniya və Bolqarıstanın fövqəladə və səlahiyyətli səfirləri və işlər vəkilləri iştirak ediblər.

Polşa, Portuqaliya, Əfqanıstan, Belçika, Bolqarıstan, Xorvatiya, Misir, Gürcüstan, İordaniya, Qırğızıstan, Latviya, Moldova, Meksika, Pakistan, Rumınya, Rusiya, Səudiyyə Ərəbistanı səfirləri və işlər vəkilləri də təqdimata qatılıblar.

Təqdimat zamanı səlahiyyətli səfirlərlə martın 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunda ölkə rəhbərlərinin iştirakı, Forumun əhəmiyyəti və gündəliyinə dair məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, IV Qlobal Bakı Forumunda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti