...

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı verdi

Siyasət Materials 14 Mart 2016 18:08 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.
Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı verdi

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib. E.Məmmədyarov terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib və bu kədərli gündə Türkiyə xalqının yanında olduğunu qeyd edib.

E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti