...

"Baku Network"un ingilis dilli analitik platformasında IV Qlobal Bakı Forumunun nəticələri müzakirə edildi (VİDEO)

Siyasət Materials 17 Mart 2016 14:18 (UTC +04:00)
"Baku Network" ekspertlərinin görüşündə Azərbaycanın müasir dövrün qlobal problemlərinin həllində Azərbaycanın rolu müzakirə olunub.
"Baku Network"un ingilis dilli analitik platformasında IV Qlobal Bakı Forumunun nəticələri müzakirə edildi (VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspertlərinin görüşündə Azərbaycanın müasir dövrün qlobal problemlərinin həllində rolu müzakirə olunub. Görüşün moderatoru "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov olub.

Müzakirələr zamanı ekspertlər Prezident İlham Əliyevin Azərbaycan dövlətinin statusunun yüksəlməsində rolunu və ölkənin onun rəhbərliyi altında nail olduğu çox böyük uğurları xüsusi qeyd ediblər.

Ekspertlərin sözlərinə görə, məhz Prezidentin rolu sayəsində Bakıda ənənəvi tədbirə çevrilmiş forum uğurla keçib.

Diskussiyalar zamanı ekspertlər yekdil fikrə gəliblər ki, baş tutmuş IV Qlobal Bakı Forumu regionda və dünyada Azərbaycanın siyasi və iqtisadi statusunu bir daha artırıb və onun müxtəlif beynəlxalq institutlar və ölkələr arasında dialoqun qurulmasında rolunu nümayiş etdirib.

Ekspert görüşünün iştirakçılarından biri olan Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, IV Qlobal Bakı Forumu hazırkı və keçmiş dövlət və hökumət başçılarına toplaşaraq dünyanın aktual problemlərini müzakirə etmək və onları həll etmək imkanları verib.

H.Hacıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev forum zamanı ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması zamanı üzləşdiyi ədalətsiz münasibəti xüsusi vurğulayıb: "Azərbaycan Prezidenti BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin olduğunu qeyd edib. Təəssüf ki, bu qətnamələrin reallaşdırma mexanizmlərini görmürük".

"Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova isə bildirib ki, Bakı hazırda multikulturalizm mərkəzinə çevrilir: "Beynəlxalq ictimaiyyət Azərbaycandakı real vəziyyəti görməli, ölkənin özünəməxsus təhlükəsizlik adası olduğunu bilməlidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş dayanır. Belə yanaşma ona gətirib çıxardı ki, Azərbaycan hökuməti bir çox problemləri həll etdi, ölkə əhalisi üçün dünya iqtisadiyyatının fəsadlarını minimuma endirdi".

Trend-in ingilis xəbərlər xidmətinin rəhbəri Aynur Qasımova deyib ki, IV Qlobal Bakı Forumunda qaçqın böhranı, Suriya və Əfqanıstanın problemləri, enerji təhlükəsizliyi kimi aktual məsələlər müzakirə edilib: "Azərbaycan qaçqın böhranı kimi hazırda aktual olan problemin həllində təcrübəsini dünya ilə bölüşə bilər. Azərbaycan ötən əsrin 90-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində çoxlu sayda qaçqını qəbul etdi. Lakin ölkə həmin böhrandan çıxa bildi".

A.Qasımova qeyd edib ki, dünya hazırda ciddi iqtisadi böhranla üzləşib: "Azərbaycan Prezidentinin apardığı iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi və ixraca istiqamətlənmə sayəsində ölkə dünya iqtisadi böhranının fəsadlarını minimuma endirə bildi".

Diskussiyalar zamanı müasirliyin digər çağırışları da müzakirə edilib.

Müzakirələrin tam video versiyası ilə aşağıda tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti