...

Prezident İlham Əliyev Belçikanın Baş nazirinə başsağlığı verib

Siyasət Materials 22 Mart 2016 13:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Şarl Mişelə başsağlığı verib.
Prezident İlham Əliyev Belçikanın Baş nazirinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Şarl Mişelə başsağlığı verib.

Başsağlığında deyilir: "Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti